“Azərinşaatservis” MMC olaraq fəaliyyət göstərdiyimiz hər bir ölkədə şirkətimizə qazanc əldə etməyə şərait yaradan cəmiyyətə xidmət etmək və onun inkişafında paya sahibi olaraq qalıcı iz buraxmaq sosiyal məsuliyət siyasətimizin əsasını təşkil edir.. Cəmiyyətin inkişafı, sağlam gənc nəslin yetişməsi və tarixi irsin qorunması layihələri Şirkətimizin diqqət mərkəzindədir.

Yuxarıda göstərilən məqsədlərə xidmət edən layihələrdə iştiraka dəvət üçün layihəniz haqqında ətraflı məlumati csr@azerinsaat.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.

KSM LAYİHƏLƏRİ

ADA Fonduna Qrant:

“Azərinşaatservis” MMC 2009-cu ilin oktyabr ayında Azərbaycan Diplomatik Akademiyası (ADA) Fondu ilə Qrant müqaviləsi bağlamışdır. Bu müqaviləyə əsasən “Azərinşaatservis” MMC təhsilə dəstək məqsədi ilə ADA fonduna 500.000 ABŞ dolları həcmində qrant ödəmişdir. ADA Fondu Azərbaycan Diplomatik Akademiyasına (www.adafund.org) gənc və savadlı kadrların yetişdirilməsi istiqamətində təhsil fəaliyyətinin təşkil edilməsi və bu istiqamətdə proqramların həyata keçirilməsi üçün xeyriyyə və maarifçilik baxımından dəstək verməkdə olan bir qurumdur. ADA Azərbaycanda, ABŞ-da və digər ölkələrdə əsasən beynəlxalq əlaqələr və dilpomatiya səhəsində savadlı kadrların yetişdirilməsi programları həyata keçirməkdədir.