“Azərinşaatservis” MMC dəmir yolu inşaatı fəaliyyətinə 2005-ci ilin yanvar ayında “Tovuz-Tatlı dəmir yolunun reabilitasiyası” layihəsi (7 km) ilə başlamışdır. Bu layihə uğurla və vaxtında təhvil verilsə də aydın oldu ki, bu cür tikinti işlərini qısa zamanda və daha az maddi xərc ilə həyata keçirmək üçün Respublikamızda dəmir-beton şpal istehsalına ehtiyac var. Bunu nəzərə alaraq, “Azərinşaatservis” MMC 2005-ci ildən Dəmir-beton şpal zavodunun tikintisinə başladı. 2006-cı ildən istehsala başlayan zavod hazırda ildə 240 000 şpal istehsal etmək gücündədir.

Bundan sonra “Azərinşaatservis” MMC Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi dəmir yolu xəttininin tikintisi tenderində qalib gələrək 2007-ci ilin noyabr ayından etibarən bu xəttin tikinti işlərinə başladı.

Şirkət eyni zamanda Azərbaycanda dəmir yolu xətlərinin təmiri və yenidənqurulması işlərini icra etməkdədir.