“Azərinşaatservis” MMC yol inşaatı fəaliyyətinə 2004-cü ilin yanvar ayında Biləsüvar-İran sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi (19,5 km) ilə başlayıb.

Fəaliyyət dövrünün ilk illərində Şirkət bir sıra layihələrin icrasında iştirak edib. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanlarının sifarişi ilə şəhərlərarası və şəhər daxilində avtomobil və dəmir yollarının təmiri və tikintisi ilə təcrübə qazanıb. Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının, İslam İnkişaf Bankının və bir sıra digər beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarının tikintisi layihələrində baş subpodratçı qismində işritak etməyə başlayıb.

“Azərinşaatservis” MMC eyni zamanda bu yolların tikintisində A-dan Z-yə bütün növ xidmətləri öz texniki imkanları hesabına həyata keçirir. Çəkilən yollar dünya standartlarına cavab verməklə yanaşı, keyfiyyət və dözümlülük baxımından da fərqlənməkdədir. İnsan həyatının hər gün, hər saat kəsişdiyi bu yollar müasir texnika və avadanlıqlardan bacarıqla istifadə edən təcrübəli mütəxəssislərin əməyinin nəticəsidir.