Sürətlə inkişaf edən Azərbaycan Respublikasının gənc və dinamik bir şirkəti olan “Azərinşaatservis” MMC hüquqi və etik dəyərlərə əməl etməkdə və bütün biznes fəaliyyətini ən yüksək peşəkar standartlara uyğun davam etdirməkdədir.

Fərqlilik: Biz öz biznes fəaliyyətimizdə texnoloji yenilik və inkişafa uyğun olaraq ən yüksək standartlar tətbiq edirik. Biz layihələrimizi ən yüksək səviyyədə başa çatdırır və öz işimizlə gələcəyə nümunə oluruq.

Etik prinsiplər: Prinsiplərimiz biznes qərarlarımızın təməl daşıdır: biz səmimiyik, ədalətliyik və öz öhdəliklərimizdə məsuliyyətliyik.

Hörmətlə yanaşma: Biz mənşəyindən asılı olmayaraq bütün insanların ləyaqətinə hörmətlə yanaşırıq. Biz öz iş yoldaşlarımıza ailə üzvlərimiz kimi yanaşır, kollektiv fəaliyyətin önəminə və yalnız işçilər arasında sıx əməkdaşlıq zəminində inkişafa nail olmağın mümkünlüyünə inanırıq.

Təhlükəsizlik: Bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq bizim əsas məqsədimizdir. Biz öz işçilərimizi, həmçinin bütün digər canlıları – insanları, heyvanları və bizim iş sahələrimizin ətrafında olan ağacları qoruyur və mühafizə edirik.

Dözümlülük: Biz öz fəaliyyətimiz çərçivəsində nə dərəcədə çətin görünməsindən asılı olmayaraq bütün tapşırıqların öhdəsindən gəlirik. Özümüzün və müşətrilərimizin daimi rifahı naminə biz sadəcə öz planımıza uyğun davranırıq..

Mənşəyimiz: Biz öz kökümüzü heç vaxt unutmayacaq, güclü, zəhmətkeş və öz işinə sadiq olan Azərbaycan xalqını təmsil etməkdən hər zaman qürur duyacağıq.

BAXIŞLARIMIZ

“Azərinşaatservis” MMC dünyanın görkəmli mühəndis-tikinti şirkətlərindən biri olmaq yolunda ciddi addımlar atmaqdadır.

Biz öz müştərilərimizi və işgüzar tərəfdaşlarımızı razı salacayıq: Biz onların bütün ehtiyaclarını və tələblərini qarşılayacağımıza inanırıq.

Biz böyük və güclü “Azərinşaatservis” ailəsini quracayıq: İşçilərimiz özlərini güclü bir cəmiyyətin dəyərli üzvləri kimi hiss edəcəklər.

Biz öz gücümüzü texnologiya, layihə idarəçiliyi və peşəkarlıq üzərində cəmləşdirəcəyik: Biz resursların əsaslı idarə edilməsi istiqamətində qüvvələrimizi cəmləşdirəcək, yerli və qlobal perspektivləri inteqrasiya etdirəcək, mühəndislik və tikinti sahəsində yeniliklərə istinad edəcəyik