Sağlamlıq Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STƏMM) siyasətində dünya standartlarını tətbiq edən “Azərinşaatservis” MMC-nin əsas məqsədi inşaatda bədbəxt hadisələrin sayını sıfıra bərabər etməkdir. Şirkət təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, saxlanması və ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətini hər zaman istisnasız davam etdirməkdədir.

“Azərinşaatservis” MMC ailəsi inanır ki, istənilən bədbəxt hadisə və qəzaların qarşısı qabaqcadan alına bilər. İş sahələrində bu məqsədə nail olmaq üçün bütün layihələrin inkişafı, planlaşdırılması, icrası, nəzarəti və sona çatdırılması prosesində fasiləsiz əmək sərf edilməkdədir. Bütün kollektiv bu məqsədin reallaşdırılmasına cəlb edilir və bunun üçün səylə çalışır.