2003

• "Azərinşaatservis" MMC təsis edilib.

• Yol Nişanları sexi istehsala başlayıb.

• İlin sonuna qədər Şirkət işçilərinin sayı 35 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 5.844.863 ABŞ dolları olub.

2004

• İcrası davam edən yol inşaat layihələrinin ümumi dəyəri 9.777.000. ABŞ dolları olub.

• İşçilərin sayı 71 nəfərə qədər artıb.

• Şirkətin dövriyyəsi 7.421.893 ABŞ dollarına çatıb.

2005

• Hacıqabul-Kürdəmir Avtomobil yolunun yenidənqurulması (84,3 km) layihəsinin icrasına başlanılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyələşdirdiyi bu layihə Şirkətin ilk irimiqyaslı işi olub. Layihənin dəyəri 71.146.093 ABŞ dolları olub.

• Şpal zavodunun tikintisinə başlanılıb.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 202.929.233. ABŞ dollarına çatıb.

• Şirkət işçilərinin sayı 2 dəfədən çox artaraq 170 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 48.910.292. ABŞ dollarına çatıb.

2006

• İsti üsulla qalvanizasiya və Yol təhlükəsizlik sədlərinin istehsalı zavodu istehsala başlayıb.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 424.668.508. ABŞ dolları olub.

• Şirkət işçilərinin sayı 2 dəfədən çox artaraq 402 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 90.799.175. ABŞ dollarına çatıb.

2007

• "Azərinşaatservis" MMC-nin Gürcüstan filialı 30 may tarixində təsis edilib.

• Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə 23 avqust tarixində Şpal zavodunun rəsmi açılış mərasimi olub.

• Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisindən keçən və dəyəri 79.445.611,88 ABŞ dolları olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi dəmir yolu hissəsinin tikintisi layihəsinin tenderində "Azərinşaatservis" MMC qalib gəlib. Bu, Şirkətin ilk irimiqyaslı dəmir yolu layihəsi olub.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 488.112.114. ABŞ dolları olub.

• Şirkət işçilərinin sayı 2 dəfədən çox artaraq 963 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 101.833.774. ABŞ dollarına çatıb.

2008

• Öngərməli Beton Tirlər zavodu istehsala başlayıb.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 514.110.296. ABŞ dolları olub.

• İşçilərin sayı 1.300 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 110.451.310. ABŞ dollarına çatıb.

2009

• "Azərinşaatservis" MMC və Minilliyə Çağırış-Gürcüstan (Millenium Challange Georgia (MCG)) fondu arasında 22 aprel tarixində imzalanan müqavilə ilə ölkə sərhədləri xaricində ilk avtomobil yolunun inşaatına başlanılıb. Minilliyə Çağırış Korporasiyasının (Millenium Challange Corporation (MCC)) maliyyələşdirdiyi bu layihə əsasında Sulda-Kartsaxi-Türkiyə sərhədi avtomobil yolunun km 19–36 hissəsinin reabilitasiyası işləri icra olunur.

• Beynəlxalq əhəmiyyətli Ələt-Astara yolunun km 80-102 hissəsi aprel ayında istifadəyə verilib. Layihə Dünya Bankı (İBRD) tərəfindən maliyyələşdirilib.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 694.906.658 ABŞ dolları olub.

• İşçi sayı 1.380 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi 116.800.443 ABŞ dollarına çatıb.

2010

• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 29 aprel tarixində Ələt-Astara avtomobil yolunun 22 km (km 80 – km 102) hissəsinin rəsmi açılış mərasimi oldu.

• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 8 noyabr tarixində Bakı Dairəvi avtomobil yolunun rəsmi açılış mərasimi oldu.

• Davam edən yol inşaat layihələrinin ümumi dəyəri 893.497.953 ABŞ dolları olub.

• İşçi sayı 2.200 nəfərə çatıb.

• Şirkətin dövriyyəsi (ilk 8 ay üçün) 121.507.974 ABŞ dollarına çatıb.