“Azərinşaatservis” MMC fəaliyyətinin daha da uğurlu və dünya standartlarına uyğun qurulmasında hər zaman təcrübəli mühəndislərin peşəkarlığından və müasir texnologiya və avadanlıqların üstünlüklərindən yararlanmaqdadır.

“Azərinşaatservis” MMC qısa zamanda dünyanın məhşur markaları olan Wirtgen, Komatsu, Volvo, Kato, Bomag, Caterpillar, Ford, Casagrande və bu sahədə dünya üzrə məşhur olan digər şirkətlərin məhsullarını, onların istehsal etdiyi tikinti texnikası, maşın və avadanlıqları istismara cəlb edib. Bununla da “Azərinşaatservis” MMC regionun ən böyük texnika parkına sahib olan şirkətlərindən birinə çevrilib. Hazırda şirkətimizin balansındakı avadanlıqların sayı 1000-dən çoxdur

Həyata keçirdiyi layihələrin ən yüksək səviyyədə təhvil verilməsində hər zaman maraqlı olan “Azərinşaatservis” MMC tikinti avadanlıqlarının avtomatik idarəetmə sistemi olan GPS tədbiq etməklə yol tikintisində iş prosesinin optimallaşdırılmasına, işin daha da dəqiq və daha az vaxt sərf edilərək tamamlanmasına çalışır.